XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 11:17

“Azərbaycan qazı Almaniya üçün əhəmiyyətlidir…” –Amerikalı ekspertdən Merkelin səfərinə reaksiya

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri Berlinlə Bakı arasında sıx ticarət əlaqələrinin olmasını nümayiş etdirir.

Bunu amerikalı ekspert, Viskonsin Markett Universitetinin professoru Piter Teys deyib.

Piter Tey vurğulayıb ki, Azərbaycanın Almaniyaya enerji daşıyıcılarının ixracı ölkənin enerji təminatının əsasını təşkil etməyə davam edəcək:  “Nəzərə alsaq ki, Almaniya Rusiya qazından çox asılıdır, bunun indiki zamanda böyük əhəmiyyəti var. Azərbaycan qazı Almaniya üçün əhəmiyyətlidir və eyni zamanda Azərbaycan xalqı üçün əlavə mənfəət yaradacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qafqazda regional təhlükəsizlik məsələsi A.Merkelin Bakıdakı müzakirələrin mərkəzində olmalıdır. Azərbaycanın ərazi bütövlüyü regionda sülh və təhlükəsizlik üçün çox vacib məsələdir. Bu olmadan qaz boruları həmişə təhlükə ilə üz-üzə qala bilər, bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər”.

Report