XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2015 - 11:25

Prezident İlham Əliyev Türkiyəyə GEDİR

gemi erdoqan.jpg

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. ölkə başçısı səfər zamanı aprelin 24-də çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcək.

virtualaz.org saytı Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, sabah keçiriləcək tədbirlərdən sonra Bakı vaxtı ilə saat 21-də Ərdoğan qonaqlara “Savarona” gəmisində axşam yeməyi verəcək. Ziyafətə dövlət rəsmiləri və tədbirə dəvət olunan qonaqlar qatılacaq.

Yemək zamanı “Savarona” gəmisi çanaqqala sahillərində hərəkət edəcək.

Bayram tədbirlərində bir çox dövlət rəsmilərindən əlavə prezidentlər də iştirak edəcək. İlham Əliyevdən başqa İraq prezidenti də mərasimə qatılacaq.

Yeni Zelandiya və Avstraliyanın baş nazirlərinin də tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, qonaqların gəzəcəyi və axşam yeməyi yeyəcəyi “Savarona” gəmisi Mustafa Kamal Atatürkün yaxtası kimi tanınır. Həmin gəmi hazırda İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab tərəfindən icarəyə götürülüb.

Qeyd edək ki, bu gəmi muzey kimi istifadə edilmək üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə verilmişdi. Sonradan Rza Zərraba məxsus “Royal Dənizçilik” şirkəti tərəfindən həftəsi 350 min avroya oliqarxlara kirayəyə verilir.