XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 16:43

Merkel Gürcüstana rəsmi səfərə gəldi –Ölkə rəhbərliyi və müxalif liderlərlə görüş olacaq

Almaniya kansleri Angela Merkel bu gün Gürcüstana rəsmi səfərə gəlib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki,  Kanslerin təyyarəsi Tiflisin Şota Rustavelli aeroportuna planlaşdırılmış vaxtdan 15 dəqiqə tez enib.

Məlumata görə, Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze, daha sonra isə prezident Georgi Marqvelaşvili ilə görüşəcək. Sabah isə kanslerin ölkənin müxalifət partiyaları və tələbələrlə görüşü planlaşdırılır.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.