XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 17:07

Lavrov Trampın müşavirinin şərtini rədd edib:“Bütün əcnəbi qüvvələr Suriyanı tərk etməlidir” 

Rusiyanın xarici işlər naziri Segey Lavrov  ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun İran silahlı qüvvələrinin Suriyanı tərk etmələrinə dair tələbinə cavab verib.

İRNA-nın verdiyi məlumata görə, Segey Lavrov müxbirlərə verdiyi müsahibədə Con Boltonun ABŞ ilə Rusyanın Suriyadakı əməkdaşlıqlarının iranlı qüvvələrin Suriyadan çıxarılması ilə bağlı  şərtininin cavabında, ABŞ da daxil olmaqla Suriyada qeyri-qanuni şəkildə fəaliyyət göstərən bütün əcnəbi qüvvələrin bu ölkəni tərk etmələrini istəyib.

Lavrov xatırladıb ki, Suriyanın qanuni dövlətinin dəvəti olmadan bu ölkədə fəaliyyət göstərən bütün əcnəbi qüvvələr Suriya ərazilərini tərk etməlidirlər. Rusiyanın XİN başçısı sözü gedən əcnəbi qüvvələrin Suriyadakı fəaliyyətlərinin beynəlxalq qanunlara zidd olduğunu da xatırladıb. Bolton demişdi ki, Amerika Suriyada Rusiya ilə əməkdaşlıq edə bilər, ancaq bunun üçün iranlı qüvvələr Suriyanı tərk etməlidirlər. Suriya rəsmiləri dəfələrlə İranın bu ölkədəki fəaliyyətinin qanuni olduğunu bildiriblər.