Avropa Komissiyası İrana 18 milyon avro həcmində ilk yardım paketinin ayrılmasını təsdiqləyib.
TASS-ın verdiyi məlumata görə, bu məbləğdən 8 milyon avrosu özəl sektorun inkişafına yönələcək.
Qeyd edək ki, ümumilikdə, Avropa Komissiyası İrana ölkənin iqtisadi və sosial inkişafı üçün 50 milyon avro həcmində yardım paketini nəzərdə tutub/Report.