XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 01:00

Qazaxıstanda “rusbaşlılara” qarşı təmizləmə əməliyyatı

rusya_1Qazaxıstanda “rusbaşlılara” qarşı təmizləmə əməliyyatı başlanıb.

Strateq.az xəbər verir ki, ölkənin təhlükəsizlik orqanları Rusiya ilə yaxın ticarət əlaqələri olan tanınmış iş adamı Tohtar Tuleşovu həbs edib.

Məlumata görə, ölkədə pivə sənayesinin məşhur nümayəndələrindən olan Tuleşov yanvarın 30-unda  həbs olunan dörd adamdan biridir.

Qazaxıstan Daxili İşlər Nazirliyi həbs olunanlardan bəzilərinin evində narkotik maddə və silah aşkarladıqlarını açıqlayıb.

Məhbusların tam olaraq nədə ittiham olunduqları bəlli deyil.

Tuleşovun həbsinin Qazaxıstanda rus milliətçiliyinin artdığı bir dövrə düşməsi təsadüfi sayılmır.