XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 16:25

İran parlamenti iqtisadiyyat nazirinə impiçment elan etdi- Qərarın lehinə 137 deputat səs verib

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Karbasiana impiçment elan edib. Trend-in məlumatına görə, daha öncə parlament avqustun 8-də kooperasiya, əmək və sosial rifah naziri Əli Rabini vəzifəsindən kənarlaşdırmışdı.

Karbasianın impiçment proseduru 33 deputatın tələbi ilə həyata keçirilib. Onun tutduğu vəzifədən uzaqlaşdırılmasının lehinə parlamentin 137 üzvü səs verib.

Qeyd edək ki, son aylar ərzində İranda yerli valyuta kəskin surətdə ucuzlaşıb.