XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2018 - 22:59

ABŞ-ın Florida ştatında terror: silahlı şəxslər insanlara hücum etdi – 4 nəfər öldü, xeyli yaralı var

ABŞ-ın Florida ştatında terror hadisəsi baş verib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, naməlum şəxslər ştatda keçirilən kompüter yarışına silahlı basqın edib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər öldürülüb, xeyli yaralı var.

Hazırda hadisə yerinə xeyli polis cəlb olunub.

Polisin ilkin açıqlamasına görə, hücum edənlərdən biri öldürülüb. Ancaq hadisəni törədən başqa biri və ya birilərinin olub-olmadığı hələ də dəqiqləşdirilməyib.