XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 12:48

Azərbaycan-Rusiya dövlət sərhədi ilə bağlı sənəd imzalandı
21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının üçüncü iclası keçirilib.
Strateq.az xəbər verir ki, bu barədə “Trend”-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub, ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazisində sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.
Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.
Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib, iclasın yekunu olaraq Protokol imzalanıb.