XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 12:15

Aleksey Navalnı yenə həbs olundu –Rusiyanın müxalif liderinə 30 günlük cəza verildi

Rusiya müxalifətinin lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı həbs edilib.

O, məhkəmə zalında azadlığından məhrum edilib.

Aleksey Navalnı bu il yanvarın 28-də Moskvada icazəsiz mitinq keçirməkdə ittiham edilib və 30 gün həbs cəzasına məhkum olunub.

Bu, müxalif siyasətçinin il ərzində ikinci həbs cəzasıdır. Navalnı may ayında polisə müqavimət və hakimiyyətə qarşı icazəsiz mitinq keçirməkdə ittiham edilərək həbs olunmuşdu/Teleqrafcom.