XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 13:12

Nazir canlı yayımda istefa verdi:“Artıq yalan danışmaq istəmirəm"

Fransanın iqtisadiyyat naziri Nikolas Hulot istefa verib.

Nazir bu barədə qərarını “France Inter” radiosunun canlı yayımında açıqlayıb.

Prezident Emmanuel Makrona heyran olduğunu deyən nazir ekologiya və ətraf mühitlə bağlı məsələlərdə dövlət başçısı ilə eyni mövqedə olmadığı üçün belə bir addım atdığını bildirib.

Nikolas Hulot ətraf mühit və ekoloji problemlərin həllinə nail ola bilmədiyini etiraf edib: “Artıq yalan danışmaq istəmirəm”.

Nazir istefa qərarı barədə prezident və baş nazirə əvvəlcədən məlumat vermədiyini qeyd edib/Teleqraf.com.