XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 13:53

Ukraynadan radikal addım –Rəsmi Kiyev MDB-nin bütün nümayəndəliklərini qapatdı

Bu ilin avqustunda Ukraynanın MDB-nin nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb.

“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev bildirib.

“Təəssüflə qeyd edirik ki, avqust ayında Ukraynanın Birliyin bütün nizamnamə orqanlarındakı nümayəndəlikləri bağlanıb. Amma Ukraynayla əlaqə hələ də saxlanılır. Onu Minskdə Ukraynanın Belarusdakı səfirliyi vasitəsi ilə həyata keçiririk”, – S.Lebedev deyib.

O həmçinin qeyd edib ki, İcraiyyə Komitəsi ilə əlaqə üçün səfirliyə xüsusi işçi təyin olunub/Report.