XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 16:03

Goranboy polisində dəyişiklik –Nazir Ramil Usubov yeni polis rəisi təyin etdi

 Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

“Report”un yerli bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.