XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 18:48

Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin məbləği necə müəyyənləşəcək? –Qanun dəyişdi

Bu gün Prezident İlham Əliyev “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” yeni fərman imzalayıb.

Strateq.az bildirir ki, Fərmana əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 541; 2008, № 7, maddə 612) aşağıdakı dəyişikliklər edilib:

1. adında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilsin;

2. 1-ci hissəsində və 3-cü hissəsinin ikinci abzasında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.