XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 20:03

Tramp bu dəfə “Google”ni təhdid etdi:"Nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, “Google” onun barəsində axtarış aparılan zaman ilk növbədə “yalançı KİV-lərin pis süjetləri”ni verməklə nəticələri “qarışdırır”.

Bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

Dövlət başçısı qeyd edib: “Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?”.

ABŞ Prezidenti əlavə edib ki, “Google” və digərləri konservantların səsini boğur və yaxşı məlumatları gizlədir: “Bu, çox ciddi vəziyyətdir. Məsələyə baxılacaq”/Trend.