XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 20:28

Avropa İttifaqından Trampa xəbərdarlıq:"Dərhal qarşılıq veriləcək!"

Avropa İttifaqı ABŞ-ın Avropa mallarına əlavə vergi tətbiq edəcəyi təqdirdə buna qarşılıq veriləcəyi barədə xəbərdarlıq edib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Daniel Rosario gündəlik mətbuat konfransında bildirib. “Təbii ki ABŞ Avropa mənşəli məhsullara əlavə vergi tətbiq edəcəyi halda Aİ buna dərhal qarşılıq verməyə hazırdır”, – Rosario belə deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan avtomobillərə 25 faiz əlavə gömrük rüsumu qoyulacağını söyləmişdi. İyul ayında isə Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Donald Tramp Ağ evdə görüşərək iqtisadi əlaqələri müzakirə etmişdilər.