XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2018 - 11:55

Binəli Yıldırım:"Türkiyə və Azərbaycan beynəlxalq arenada birgə fəaliyyət göstərən iki qardaş ölkədir"

Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

B/Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: “Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkədə olmağımdan məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram”.

Xatırladaq ki, B.Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib.