XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 16:03

Daha iki rayona yeni polis rəisləri təyin edilib- Nazir Ramil Usubovdan əmr

Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.

“Report” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.