XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2018 - 22:11

Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq:"Türkiyənin alternativsiz olmadığını hər kəs görəcək"

“Bizi elə təhdidlərlə, ifadələrlə geri addım atmağa məcbur etmək mümkün deyil. Biz elə bir tarixin övladlarıyıq ki, bizi susdurmaq mümkün deyil. Demək, bu milləti tanımadılar, amma tanıyacaqlar. Biz bir ölürük, min dirilirik. Xarakterimiz bu”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Media Oskarları” mükafatlandırma mərasimindəki çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyəni iqtisadi müstəvidə sıxışdırmağa çalışırlar: “İdarəçiliklə bağlı problemlərimiz var. Bunu həll etməyə çalışırıq. İnşallah biz bu dalğanı da keçəcəyik. Türkiyənin alternativsiz olmadığını hər kəs görəcək”.

Teleqraf.com