XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2018 - 22:59

Dövlət Komitəsinin sədrinə yeni səlahiyyətlər verildi –FƏRMAN

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində edilən dəyişiklik nəticəsində “Azərbaycan Respublikasının Baş nazirinin müavini” sözləri sənəddən çıxarılıb.

Bununla da  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 9 nəfərdən ibarət Müşahidə Şurasına bundan sonra Baş nazirin müavini deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik edəcək.

Fərmanda daha sonra bildirilir:

“- Səkkizinci abzasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.

–  Doqquzuncu abzasda “özəl iş adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.

– Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırki sədri Rövşən Rzayevdir.