XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 11:46

Bakı Şəhər İcra Hakimiyyəti:"Bütün qanunsuz tikililər, hasarlar söküləcək"

“Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib.

O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: “Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək”.

Report