Avropa Komissiyası ABŞ-ın rüsumları artıracağı ilə bağlı bəyanatına cavab olaraq tədbirlər siyahısını hazırlayır.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem deyib.
“Biz hələ də ABŞ-ın Avropadan idxal olunan maşınlara və ehtiyat hissələrə rüsumları artırmasının mümkünlüyünə qarşı əks addımların siyahısını hazırlayırıq”, – deyə S.Malmstrem deyib.
Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropadan alınan maşınların və ehtiyat hissələrin idxal rüsumlarını artıracaq/Report.