Donetskin mərkəzində partlayış baş verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ölümcül yara alaraq həyatını itirib.
Hadisə Puşkin küçəsində – DXR liderinin rezidensiyası yaxınlığındakı “Separ” restoranında baş verib.
Bəzi məlumatlara görə, partlayış zamanı separatçıların daha bir lideri Aleksandr Timofeyev yaralanıb.
Strateq.az