XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 11:40

Suriyada daha bir iranlı general öldürüldü – İran ilk dəfə etiraf etdi

iran-generaliSuriyada daha bir iranlı general öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Muhsin Kacariandır.

“Fars” agentliyinin məlumatına görə, general-leytenant M.Kacarian Suriyadakı döyüşlərdə həlak olub. O, İranın Nişapur şəhəri üzrə İmam Rza adına 1-ci briqada komandanı olub.

Maraqlıdır ki, bu vaxta qədər İran öz hərbiçilərinin, eləcə də generallarının Suriyadakı döyüşlərdə birbaşa iştirakını inkar edir, onların yalnız təlim keçdiyini iddia edirdi.