XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 12:09

PKK-nın əlində tutulan ABŞ silahları: Nüvə mərmili tüfənglər və pilotsuz təyyarələr

pkkPKK-nin əlində ABŞ istehsalı olan ən müasir silahlar var. Bunlardan birinin mərmisi isə nüvə başlıqlıdır.

Strateq.az xəbər verir ki, bu iddianı “Star” qəzeti ortaya atıb.

Qəzetin məlumatına görə, “Zagroz” adlanan silah ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları üçün istehsal olunub. Mərmisi uranla zənginləşdirilmiş bu tüfəng zirehdeşici özəlliklərə malikdir və 8 kiloqram ağırlığında olduğundan bir nəfər tərəfindən rahatlıqla daşına bilir.

“Zagros”un maqazini yoxdur. “Dayandoldurum” özəlliyinə sahibdir. Yəni tək mərmi atır və atdığı mərminin normal hava şəraitində uçuş məsafəsi 4 km-dir.

Türkiyə təhlükəsizlik güvvələri bu zamana qədər PKK silahlılarından 18 ədəd “Zagros” tüfəngi müsadirə edə biliblər. Son həftələr ən çox əsgər şəhadətinə yol açan bu silahlardan terrroçuların əlində xeyli çox olduğu güman edilir.

“Zagros”lar İŞİD-lə mübarizə apardıqları bəhanə edilərək PKK-nın Suriya qanadı PYD-yə ABŞ tərəfindən göndərilir. Daha sonra isə onlar Suriyadan Türkiyəyə keçirilir və ABŞ-ın müttəfiqi sayılan Türk ordusuna qarşı istifadə olunur.

Maraqlıdır ki, Türkiyədə döyüşən PKK-nın əlində hətta pilotsuz təyyarələr belə var. Silopidə axtarış zamanı ələ keçirilən hərbi sursatlardan biri də “RQ-20 Puma” markalı pilotsuz hava vasitəsi olub. Həmin pilotsuz təyyarə də ABŞ-da istehsal olunub, yenə PYD vasitəsilə Türkiyəyə göndərilibmiş.

Bütün bu faktlar Türkiyənin ərazi bütünlüyünü təhdid edən kürd yaraqlılarının təkcə Rusiya deyil, həm də ABŞ tərəfindən silahlandırıldığının təkzib olunmaz dəlilləridir.

Heydər Oğuz