XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 13:45

Lavrov ABŞ-a meydan oxudu: “Rusiya Vaşinqtonun təcavüzkar hərəkətlərinə göz yumayacaq”

lavrovRusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ı praqmatik davranmağa çağırıb.

İtaliya mətbuatına danışan rusiyalı diplomat Moskvanın əməkdaşlıq təklifinin “güzəştə getmək”anlamına gəlmədiyini bildirib.

“Tarix ölkələrimizin əməkdaşlıq edə bildiyini göstərib. Moskva və Vaşinqton beynəlxalq terrorla mübarizə məsələlərində həmfikirdir. Vladimir Putin dəfələrlə qarşıdurma arxasınca qaçmadığımızı, ABŞ ilə əməkdaşlığa hazır olduğumuzu deyib. Ancaq bu, Rusiyanın dost olmaq üçün ABŞ-a yalvaracağı və ya prioritetlərini dəyişdirib Vaşinqtonun təcavüzkar hərəkətlərinə göz yumacağı mənasını vermir”, – Lavrov qeyd edib.

Lavrov ABŞ-ın Rusiyanı təcrid edə və regional səviyyədəki təsirini azalda bilməyəcəyini vurğulayıb(Axar.az).