XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 10:34

Makron Putinin arzusunu açıqladı:“Avropa İttifaqının dağılmasını arzulayır”

 

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə böyük hörməti var, lakin sonuncu Avropa İttifaqının dağılmasını arzulayır.

Oxu.Az-ın xəbərinə görə, Makron bu barədə İsveç telekanalına müsahibəsində deyib.

“Mən Vladimir Putinə hörmət edirəm və hesab edirəm ki, biz Rusiya ilə təhlükəsizlik məsələlərində yeni yanaşma tətbiq etməliyik. Lakin Putinin arzusu Aİ-ni dağıtmaqdır”, – Makron qeyd edib.

Xatırladaq ki, iyulun 15-də Vladimir Putin və Emmanuel Makron arasında görüş olub. Həmin vaxt Fransa lideri qeyd edib ki, bu görüş hər iki tərəfə beynəlxalq və regional məsələlərdə, o cümlədən Suriyadakı vəziyyət üzrə dialoqu davam etdirməyə kömək edəcək.