XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 19:53

Lavrov Koçaryanı dəstəkləmədi:“Cinayət təqibi Ermənistanın daxili işidir”

 

“Ermənistandakı narahat durum həyəcan yaradır, amma Moskva bu ölkədə keçmiş başçılar barəsində cinayət təqibinin aparılmasını Ermənistanın daxili işi sayır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu gün – sentyabrın 3-də MGİMO-da çıxışı zamanı deyib. “Əlbəttə, bu gün Ermənistanda durumun qaynaması, 10 il qabaqkı hadisələrin araşdırılması bizi narahat edir, faktları, aparılan həbsləri bilirsiniz”, – Interfax agentliyi nazirə istinadla yazır.

“Bunu sözsüz ki, Ermənistan Respublikasının daxili işi sayırıq. Və çox istəyirik ki, bu daxili iş qanun, Konstitusiya çərçivəsində aparılsın, tezliklə öhdəsindən gəlsinlər”, – Lavrov vurğulayıb. (Azadlıq Radiosu)