XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2018 - 12:40

Azərbaycanda 15 adda məhsul və 50 adda qida əlavəsinin istifadəsi qadağan edildi –Siyahı

Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə agentlikdən verilən məlumatda deyilir.

Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.