XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 19:45

Yerevanda Qarabağ müzakirə edilib –ATƏT-in baş katibi "yalnız sülh yolu" deyir

Yerevanda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminqer Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüb.

Görüş zamanı Yerevanın müxtəlif sahələrdə, o cümlədən “Ermənistanla tərəfdaşlıq” proqramı çərçivəsində ATƏT-lə əməkdaşlıq, Ermənistanda daxili siyasi vəziyyət və islahatlar, eləcə də korrupsiya ilə mübarizə məsələləri müzakirə olunub.

Görüşdə Qreminqer və Mnatsakanyan həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub, danışıqlar prosesindəki son irəliləyişləri müzakirə ediblər. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. (virtualaz.org)