XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 20:13

Koçaryana ölkəni tərk etmək qadağan olundu –Xüsusi İstintaq Xidməti qərar verdi

Ermənistanın sabiq prezidenti Robert Koçaryana ölkəni tərk etmək qadağan olunub.

Müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub.

Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır.