XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2018 - 21:51

Nazir aparat rəhbəri ilə şöbə müdirini işdən çıxardı, yeni vəzifələr verdi –KTN-də dəyişiklik

Kənd təsərrüfatı naziri İnam Kərimov nazirlikdə kadr dəyişiklikləri ilə bağlı əmr imzalayıb.

Belə ki, nazirin əmri ilə Aparat rəhbəri İlham Bayramov vəzifəsindən azad edilib. İnam Kərimov onu özünə müşavir təyin edib.

Bundan başqa, nazirliyin Daxili nəzarət və audit şöbəsinin rəhbəri Aqil Quliyev də bu vəzifədən azad edilib. O, nazirin digər əmri ilə İlham Bayramovun yerinə – Aparat rəhbəri təyin edilib.

Faktı nazirlikdən təsdiqləyiblər/BakuPost.az