XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2018 - 22:27

Rusiya İdlibi bomba yağışına tutdu, ABŞ hərəkətləndi –Pompeo Çavuşoğluna zəng etdi

ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında Suriyanın İdlib bölgəsində gərginləşən vəziyyət, həmçinin Menbiçlə bağlı atılacaq birgə addımlar müzakirə olunub.

Məlumata görə, Pompeo əsasən Rusiyanın İdlibə yağdırdığı bombalardan narahatlığını ifadə edib.

Xatırladaq ki, Rusiya uzun müddətlik susqunluqdan sonra bu gündən etibarən Türkiyənin 12 müşahidə məntəqəsinin yerləşdiyi İdlibi qısa fasilələrlə bombalayır.