XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2018 - 23:52

İsrail İranın 200-dən çox obyektini vurub –"The Times of Israel"

İsrail 2017-ci ilin əvvəlindən Suriyada İran və Livanın “Hizbullah” hərəkatına məxsus 200-dən çox obyektə hücum edib. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İsrail hərbçilərinin sentyabrın 10-u yəhudilərin Yeni ili sayılan Roş ha-Şana bayramı ərəfəsində yerli jurnalistlər üçün keçirdiyi brifinqin yekunları üzrə məlumatda bildirilib ki, İsrailin Müdafiə ordusu 12 ayın yekununda Suriya ərazisində 202 hədəfi vurub. Bunun üçün 800 raket və mərmi sərf olunub. (modern.az)