XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 13:44

İran Prezident Administrasiyasının rəhbəri:“Həsən Ruhani Trampla görüşməyəcək”

“İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüşməyəcək”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Prezidentinin Administrasiyasının başçısı Mahmud Vaezi bildirib.

“Ötən 4-5 ildə etdiyimiz kimi, müxtəlif ölkələrlə bir araya gəlib fikir mübadiləsi aparmaq niyyətindəyik. Bu, başqa dövlətlərlə qarşılıqlı məsələlər müzakirə etməyimiz üçün ən ucuz və uyğun vasitədir”, – o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 4-də Dini Ekspertlər Şurasının sədri, ayətullah Əhməd Cənnəti Həsən Ruhanini nəzərdə tutaraq bəzi şəxslərin ABŞ-da Donald Trampla görüşmək istədiyini söyləmişdi.

Mahmud Vaezi bu iddianı təkzib edərək deyib ki, belə bir görüşün olacağından söhbət belə gedə bilməz.

Mahmud Vaizi bu il iyulun 18-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, ötən il BMT Baş Assambleyasının sessiyasında iştirakı çərçivəsində İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ Prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi BMT Baş Assambleyası çərçivəsində Donald Trampın görüş istəyindən Həsən Ruhaninin imtina etdiyini söyləmişdi. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Nauret də BMT-də Assambleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsindən İran tərəfinin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb.