XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2018 - 10:43

Təhlükəsizlik Şurasının katibi:"Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq var"

“Ermənistanın xarici siyasət kursunda dəyişiklik olmasa da, Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq mövcuddur”.

Bunu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Noyev Kovçeq” qəzetinə müsahibəsində bildirib.

“Ermənistanın xarici siyasət kursunun dəyişməsi ilə bağlı bir dənə də olsun real arqument yoxdur. Xarici siyasət kursu həmişəki kimidir. Rusiya ilə çox yaxşı münasibətimiz var. Etimadsızlıq məsələsi isə zamanla həll ediləcək”, – o, vurğulayıb.

A.Qriqoryan Ermənistanla Rusiya arasında münasibətlərin strateji xarakter daşıdığını da qeyd edib.

Xatırladaq ki, sentyabrın 5-də Ermənistan KİV-i Armen Qriqoryanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat yaymışdı.