XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2018 - 12:35

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlandı –Nələr müzakirə olunacaq?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının keçiriləcəyi tarix və gündəliyi açıqlanıb.

Sessiya bu il oktyabrın 8-dən 12-dək keçiriləcək.

Sessiyanın gündəliyinə Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması məsələləri daxildir. Azərbaycanlı deputat Sahibə Qafarova bu mövzuda məruzə ilə çıxış edəcək.

Həmçinin AŞPA sessiyasının iştirakçıları İsrail ədliyyə sistemində fələstinli azlıqlarla rəftar məsələsini, Serbiyanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsini müzakirə edəcək və Avropa Şurasının Birləşmiş Millətlər Təşkilatının insan haqları sahəsindəki mexanizmləri ilə əməkdaşlığını qiymətləndirəcəklər.

Bununla bərabər, sessiya çərçivəsində Albaniya, Norveç və Türkiyə üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi baş tutacaq/Report.