XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 13:22

Erməni mətbuatından ilginc iddia:"Putin Paşinyandan iki məmurun işdən çıxarılmasını tələb edir"

“Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın Ermənistan hakimiyyətində təmsil olunmasını istəmir”.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

“Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illərboyu Rusiyaya, onun hakim elitasınını ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurladan biri Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, o biri isə Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Rusiya onların hakimiyyətədə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi Yerevana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsi ilə ABŞ-ın əlinə keçə bilər”, – deyə qəzet vurğulayıb.