XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 18:24

Prezident İlham Əliyev Xorvatiyanın Baş naziri ilə işçi nahar edib –Görüş + FOTOLAR

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti dövlət iqamətgahının fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç birgə foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Həmçinin kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri birgə işçi nahar ediblər.