Bu gün İstanbulda helikopter qəzaya uğrayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, helikopter Xəlil İbrahim Ömər adlı iş adamına məxsus olub.
Məlumata görə, helikopteri ildırım vurub: “Helikopterdə olan Xəlil İbrahim Ömərlə pilot İsmət Özgür dənizə düşüblər. Onları dənizdə olan balıqçılar xilas edib. Hər iki yaralı xəstəxanaya çatdırılıb”.
Son məlumata görə, Xəlil İbrahim Ömərin vəziyyəti ağırdır.