XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 23:52

Marneulinin sabiq merinin işi ağırlaşdırıldı –Temur Abazov həbsdə qaldı

Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneulinin sabiq rəhbəri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bu gün saat 13:00-da başlamış məhkəmə iclasına bu saatlarda yekun vurulub.

Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub.

Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.

Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib.

Məhkəmə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib.

İş üzrə növbəti məhkəmə iclası sentyabrın 20-nə təyin olunub.

T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.