XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 13:56

Rusiya və ABŞ arasında hərbi toqquşma riski:Pentaqon cavab hərəkətlərinə hazır olduğunu bəyan edib

Moskva son həftə ərzində Vaşinqtonu xəbərdar edib ki, Rusiya və Suriya qüvvələri ABŞ hərbçilərinin nəzarəti altında olan Suriya ərazilərinə zərbələr endirməyə hazırdır. Bu barədə CNN telekanalı bildirir.

Telekanal Pentaqondakı mənbələrə istinadən qeyd edir ki, Rusiya tərəfi həmin ərazilərdə “yaraqlıların olduğunu” bildirib. Bununla əlaqədar Vaşinqtonda narahatlıq yaranıb ki, əgər Rusiya zərbə endirsə Amerika qüvvələri təhlükə altında qala bilər. Buna görə də Amerika tərəfindən Moskvaya “ABŞ-ın hərbi iştirakına qarşı çağırışdan çəkinmək” barədə xəbərdarlıq edilib.

Bildirilir ki, Vaşinqton Amerika hərbçilərinin Homs əyalətindəki Ət-Tanf bazasından narahatdır. Telekanalın məlumatına görə belə narahatlıq var ki, Rusiya aviasiyanı və Aralıq dənizinin şərq hissəsində cəmləşdirilmiş gəmilərdən qanadlı raketləri işə salaraq yaraqlılar adlandırılanlara zərbə endirə bilər. Bu isə əgər Rusiyanın zərbələri dəqiq olmasa bilavasitə Amerika qüvvələrinin tətbiq olunması ilə müşaiyət olunan birbaşa hərbi qarşıdurmaya gətirib çıxarar.

“Biz şühəsiz ki, onlara Ət-Tanfdan uzaq dayanmağı tövsiyə etmişik. Biz cavab hərəkətlərinə hazırıq”-Pentaqondakı mənbə bildirib.

Mənbələr onu da deyiblər ki, son günlər Amerika qüvvələrinin yerləşdiyi rayonun ətrafında Rusiya yerüstü qüvvələrinin cəmləşməsi müşahidə edilmir.

Bununla belə məlumdur ki, Rusiya Aralıq dənizinin şərq hissəsində hərbi dəniz qüvvələrini görünməmiş miqyasda artırıb. Bölgəyə qanadlı raketlər daşıyan gəmilər göndərilib.

Bu ilin fevralında Deyr əz-Zor vilayətinin Hişam rayonunda “Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdluları Amerikanın dəstəklədiyi kürd qüvvələrinin nəzarətində olan neftayırma zavodunu ələ keçirməyə cəhd etmişdi. Amerika ordusu isə havadan həmin qüvvələrə sarsıdıcı zərbələr endirərək yüzlərlə rusiyalı muzdlunu məhv etmişdi. (virtualaz.org)