XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2015 - 05:01

Samir Şərifova məmurlara nəzarət etmək üçün xüsusi səlahiyyət VERİLİR

Samir.jpg

Maliyyə naziri Samir Şərifovun səlahiyyətləri artırılır.

Strateq.az bildirir ki, bu barədə Azadlıq qəzetinə daxil olan məlumatda deyilir. Məlumata görə hökumət anti-böhran tədbiri kimi “Maliyyə nəzarəti haqqında” Qanun qəbul etmək niyyətindədir. Bu qanun artıq hazırlanıb. Layihənin hazırlanmasında isə əsas rolu Maliyyə Nazirliyi oynayıb. Həmçinin bildirilir ki, sözügedən qanun Maliyyə Nazirliyinə əlavə səlahiyyətlər verir.

Onsuz da büdcənin bölüşdürülməsində məmurlar Samir Şərifovdan asılı idilər. Maliyyə nazirinin əlavə səlahiyyətlər əldə etməsi onları Samir Şərifovdan daha asılı vəziyyətə salacaq.

Bundan əvvəl də dərman vasitələri üçün vahid qiymət nişanının hazırlanması Maliyyə Nazirliyinə həvalə edilmişdi.

Beləliklə də Samir Şərifov artıq hakimiyyətdə ən qüdrətli fiqurlardan birinə çevrilir. Lakin o, bununla həm də rəqiblərinə hədəfinə gələ bilər.

Qeyd edək ki, hələ bir müddət əvvəl Samir Şərifovun adı baş nazir postuna namizədlər sırasında hallanırdı. Həmin vaxt da rəqibləri ona qarşı hücuma keçmişdi. Hətta Samir Şərifovun barəsində “Qərbin adamıdır” iddiaları da dövriyyəyə buraxılmışdı. Bununla rəqibləri maliyyə nazirinə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin aqibətini yaşatmağı düşünürdülər. Lakin görünən odur ki, ölkə başçısı Ilham Əliyevin maliyyə nazirinə etimadı böyükdür.