Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb.
Strateq.az xəbər verir ki, bu barədə day.az-ın müxbirinə bir neçə satış nöqtəsindən bildirilib. Bu məlumatı bazardakı mənbələr də təsdiq edib.
Məsələn, “Winston” (bazarda ən çox satılan siqaretlərdən) markalı tütün məmulatları 15% ucuzlaşaraq artıq 2,8 AZN-ə satılır. Halbuki, son vaxtlar onların qiyməti 3,3 AZN təşkil edib.
“Kent” markalı siqaretlərin qiyməti 3 manatadək, “Sobranie” markalı siqaretin qiyməti isə 4 AZN-dən 3 AZN-ə qədər ucuzlaşıb.