Sentyabrın 15-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Bakıya qeyri-rəsmi səfərə gələcək.
Bu barədə bu gün Türkiyənin Ihlas agentliyi məlumat verib.
Səfərin məqsədi barədə deyilir ki, R.T.Ərdoğan Bakıda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və regional məsələləri müzakirə ediblər. Bundan əlavə, R.T.Ərdoğanın 1918-ci ildə Bakını bolşeviklərdən və daşnaklardan azad etmiş Qafqaz ordusunun şərəfinə süvari paradında iştirak edəcəyi gözlənilir