XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 14:45

Rubl kəskin ucuzlaşdı –"Qara bazar"da 1 dollar 72 rubla satılır

Rusiyada rublun dollara nisbətdə məzənnəsi bu gün aşağı düşüb və 1 ABŞ dolları uzun müddətdən bəri ilk dəfə 70 rublu keçib.

2016-cı il martın 16-dan bu yana dollar ilk dəfədir 70 rubl psixoloji baryerini keçir. Valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 72 rubla satılır.

İqtisadi inkişaf naziri Maksim Oreşkin hesab edir ki, indiki dalğalanmaya baxmayaraq rubl inkişaf etməkdə olan digər ölkələrin valyutalarına nisbətən daha dayanıqlıdır.

Xatırladaq ki, dolların bahalaşması tendensiyası Rusiyadan başqa Türkiyə, İran və Qazaxıstanda da müşahidə edilməkdədir.