XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2018 - 00:06

Tramp İrlandiya və Fransaya səfər edəcək –Ağ Evin mətbuat katibi açıqladı

ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır.

Bunu jurnalislərə Ağ Evin mətbuat katibi Sara sanders deyib. S.Sanders bildirib:

“Prezident əvvəl elan olunduğu kimi, noyabrda Parisə gedəcək. Biz, hələ ki İrlandiyaya səfər olub-olmayacağını müzakirə edirik. Detallar dəqiqləşən kimi, sizə məlumat verəcəyik”.

Öz növbəsində İrlandiya hökumətinin nümayəndəsi “Reuters” agentliyinə bildirib ki, “ABŞ prezidentinin nəzərdə tutulan səfəri təxirə salınıb”.

Onun sözlərinə görə, “ABŞ tərəfi səbəb olaraq sıx iş qrafikini göstərib”.

Report.az