XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2016 - 15:51

 Azərbaycanlı oliqarxın tankerində fövqəladə hadisə: 1 ekipaj üzvü öldü, 2-si ağır durumdadır

1455018364_0001Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb.

Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.

Virtualaz.org xəbər verir ki, hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə, “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin hadisədən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.