XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 18:12

Paşinyan sabiq prezidentləri hədələdi:"Koçaryanla Sarksyan siyasi meyitdir, ancaq bu, o demək deyil ki..."

“Robert Koçaryan və Serj Sarksyan siyasi meyitdir. Lakin bu, o demək deyil ki, onlar qanun qarşısında cavab verməməlidirlər”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Ermənistanda R.Koçaryan adda siyasi faktor yoxdur.

Hökumət başçısı R.Koçaryanın onun barəsində dediyi “Nikol Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” fikrinə də münasibət bildirib: “Bununla Koçaryan siyasi prosesləri dərketmə səviyyəsini göstərir. Bu, onlar üçün küçə mübahisəsi deyil ki, uduzanlar gedərkən “sən peşman olacaqsan” desinlər”.

Report