XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 22:17

Finlandiya prezidentindən maraqlı açıqlama:"Tramp dedi ki, Putindən ehtiyatlı ol"

Finlandiya Prezidenti Sauli Niinistö Rusiya tərəfindən heç bir təhdid gözləməməsinin səbəblərini açıqlayıb.

Alman qəzeti “Frankfurter Allgemeine”yə müsahibə verən Finlandiya prezidenti Rusiyanın onlara hücum etməsi üçün heç bir əsaslarının olmadığını qeyd edib.

“Şübhə edirəm ki, Rusiya Pribaltika ölkələrinə hücum edə bilər. Özəlliklə də Finlandiyaya” – deyə açıqlama verən Sauli Niinistö Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq fikrinin olmadığını vurğulayıb.

Həmçinin dövlət başçısı əlavə edib ki, rəsmi Moskva Helsinkinin siyasi mövqeyini dəstəkləyir: “Bəzi fikir ayrılıqları isə, münasibətlərimizə zərər vermir. Rusiya bizim mövqeyimizi bilir. Onlar bilirlər ki, biz çox inadkar ola bilərik. Ancaq bu halda belə Rusiya Federasiyası ilə münasibətləri qorumaq bizim üçün çətin deyil”.

Müsahibəsində Niinistö Ağ Ev rəhbəri Donald Trampla görüşü zamanı ona verdiyi məsləhəti xatırladıb: “Putinlə görüş zamanı çox ehtiyatlı olmaq lazımdır. O, həmişə hazırlıqlı gəlir. Olduqca yaxşı hazırlaşır”.

Xatırladaq ki, Rusiya prezidenti ilə Finlandiyanın dövlət başçısı arasında görüş avqustun 22-də Soçidə baş tutub/Teleqraf.com.